►Yarışmada, mübarizədə qələbə çalanların rəqib üzərində öz aşkar üstünlüklərini bildirmək üçün işlətdikləri ifadə.
İfadәni ilk dәfә Roma sәrkәrdәsi Yuli Sezar işlәtmişdir.
Böyük siyasi xadim Y.Sezarın hәyatından bəhs edәn qәdim yunan tarixçisi Plutarx göstәrir ki, e.ә. 47-ci ildә Pont kralı Farnaka ilә müharibәdә düşmәn qoşunlarını tamamilә darmadağın edәndәn sonra Sezar öz qalibiyyəti haqqında Romadakı yaxın dostlarından Aminsiyaya belә xəbər göndәrmişdi: «Gәldim, gördüm, qәlәbә çaldım». Sezarın bioqrafları deyirdilər ki, bu sözlər sərkərdənin Romaya daxil olarkən zəfər yürüşü zamanı daşınan lövhənin üzərində də yazılmışdı.
Hәmin qәləbәdәn sonra Sezar tәntәnəli şәkildә Romaya dönәrkәn onun sağında və solunda qırx bәzәkli fil gedirdi vә yürüş iştirakçılarının әlində tutduqları lövhәdә «gәldim, gördüm, qәləbә çaldım» sözlәri yazılmışdı.
Sonralar bu ifadә həm әsli kimi (latınca), hәm dә tərcümә edilәrәk dünyanın bir sıra dillәrinә yayılmışdır: «Veni, vidi, vici».
İfadә bәzәn kinayә tərzindә, bәzәn dә hansısa çәtin bir mәsәlәnin öhdəsindən asanlıqla gəldiyini güman edәn, özündәnmüştәbeh adamların dilindən vә belәlәri haqqında işlәdilir.
Məsəllər, deyimlər