Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

göndərmək [göndərməx'] feil

1. Yollamaq (birinə vemək, çatdırmaq üçün). □ Məktub göndərmək. Sovqat göndərmək.
2. Bir tapşırıqla bir yerə yollamaq. □ Uşağı dükana göndərmək.
3. Bir məqsədlə bir yerə getməsini əmr və ya təklif etmək; təyin etmək. □ İdarəyə müdir göndərmək. Kəndə müəllim göndərmək.
4. Ezam etmək, yollamaq. □ Müşavirəyə göndərmək. Xaricə göndərmək.
5. Yazı, hərəkət və ya sözlə öz münasibətini, hissiyyatını bildirmək, ifadə etmək. □ Salam göndərmək.

Həmçinin bax:

frazeologizm: cəhənnəmə göndərmək Azərbaycan dilinin izahlı lüğəti