Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feilin vacib şəkli

Hərəkətin icra olunmasının və ya olun­ma­masının vacib olduğunu bildirir.

Feilin kökünə və ya baş­lanğıc formasına -malı2 şəkilçisi artırmaqla düzəlir: qalx-malı-yam, qalx-malı-san və s. Feilin vacib şəklinin inkarı həm -ma2 inkar şəkilçisi, həm də deyil inkar hissəciyi ilə düzələ bilir; məs.: getməməliyəm, getməli deyiləm.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti