Reklam
Reklam

Tarix terminləri lüğəti

etrusklar

lat. Etrusci, Tusci; endoetnonim – Rasenna, Raśna

E.ə. I minillikdə Apennin yarımadasının şimal-qərb bölgələrində məskunlaşmış, yüksək inkişaf etmiş mədəniyyətə malik qədim tayfalar.

Daha öncə formalaşmış Etrusk mədəniyyəti Roma mədəniyyətinə güclü təsir göstərib: qladiator döyüşlərini, cəng arabalarının yarışlarını, dəfn mərasimlərini, bir sıra mühəndis qurğularını və s.-ni romalılar E.-dan mənimsəyiblər. E.ə. VII əsrin sonlarında E. 12 şəhər-dövlətdən ibarət güclü ittifaqda birləşiblər. E.ə. V–III əsrlərdə isə onlar romalılar tərəfindən istila ediliblər. E.-ın mənşəyi mübahisəli olaraq qalır. Bir sıra tədqiqatçılar bu tayfaların yarımadanın avtoxton əhalisi, digərləri isə gəlmə olduğunu iddia edirlər. Herodot E.-ın Apenninə Kiçik Asiyadan köç etdiklərini göstərir. XX əsrin ortalarına kimi qədim yunan tarixçisinin bu ehtimalı ciddi tənqid olunsa da, son genetik araşdırmalar E.-ın Türkiyənin ərazisində yaşayan əhali ilə qohumluq əlaqələrini təsdiqləyir.

Tarix terminləri lüğəti