1. Hər hansı etnosun öz mədəniyyəti, dil xüsusiyyətləri, bu və ya digər dərəcədə mənşəyi ilə fərqlənən, adətən, konkret regionda məskunlaşan hissəsi.
Azərbaycanda xınalıqlılar, Gürcüstanda svanlar E.Q.-lara misal ola bilərlər.
2. Etnosun miqrasiya prosesləri nəticəsində ərazicə ondan ayrılmış, amma mədəniyyətini, müəyyən səviyyədə dilini qoruyub saxlamış hissəsi.
Rusiyanın, Azərbaycanın bəzi bölgələrində kompakt halda yaşamış almanlar belə E.Q.-lara misaldır.
Həmçinin bax: