endoetnonim – eestlased
Müasir Estoniya əhalisinin əksəriyyətini təşkil edən Baltik-fin mənşəli xalq.
Antropoloji cəhətdən böyük Avropa irqinin atlant-Baltik tipinə aid edilirlər. Fin-uqor (Ural) dil ailəsinin Baltik-fin qrupuna daxil olan eston dilində danışırlar. XVI əsrdən başlayaraq yazıda latın qrafikasından istifadə edirlər. Dindarların böyük əksəriyyəti lüteran, bir qismi isə pravoslavdır. Qərbi Avropa mənbələrində E.-ın adına ilk dəfə bizim əsrin başlanğıcında “aestii” formasında rast gəlinir. Doğrudur, həmin dövrdə bu termin Baltik sahillərində yaşayan bütün xalqlara şamil olunub. Lakin “estlər” termininin mənası getdikcə daralıb və X əsrdən başlayaraq yalnız E.-a aid edilib. Bəzi ehtimallara görə, bu etnonim Baltik dillərində “suyun kənarında yaşayan əhali” mənasını verən “aueist” sözündən yaranıb. E.-ın dünyadakı ümumi sayı 1,1 milyona çatır.
Tarix terminləri lüğəti