Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

esse

fr. essai – təcrübə, sınaq

Konkret mövzuya, yaxud hansısa problemə həsr olunmuş, müəllifin məsələyə baxışını və düşün­cə­lərini əks etdirən sərbəst formalı, kiçikhəcmli yazı.

E. – ədəbiyyatın, fəl­səfənin, jurnalistikanın qovuşuğunda ya­ranmış janr­­dır. Ayrıca janr forması kimi ona ilk dəfə fransız filosofu və yazıçısı Mişel Montenin Les Essais (1580) əsərində rast gə­linir. XVIII–XIX əsrlərdə E. Avropada ədəbi tənqid, publisistika və jurnalistika ­sa­hə­sində apa­rıcı janrlardan birinə çevrilir. Mü­a­sir Qərb jurna­listikasında E. termini bütün kiçikhəcmli elmi və publisistik mə­qa­lələrə şamil edilir.

Jurnalistika terminləri lüğəti