1. İl hesabının başlandığı zaman, tarix başlanğıcı. □ Yeni era (İsanın doğulduğu zənn edilən gündən başlanan tarix).
2. Böyük tarixi əhəmiyyəti olan dövr. □ İslam mədəniyyətinin meydana gəlməsi ilə bəşəriyyət mənəviyyatı tarixində yeni bir era açıldı.
3. Geologiya. Eonların bölündüyü geoxronoloji vaxt vahidi. □ Yerin Günəşdən ayrıldığı vaxtdan etibarən keçirdiyi tarix müxtəlif era və dövrlərə ayrılır. (M.Qaşqay).
Həmçinin bax: