Reklam
Reklam

Tarix terminləri lüğəti

era

lat. aera – başlanğıc rəqəm

1. Xronologiyada hər hansı əlamətdar, yaxud əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc nöqtəsi.

Vaxtın ardıcıl hesabı həmin andan aparılır. Xristian E.-da («bizim E.») illər İsa Məsihin anadan olduğu gündən hesablanır; müsəlman E.-sı isə («hicri») Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə hicrəsi ilə başlanır.

2. Tarixi inkişafda öz mahiyyəti ilə, habelə həmin dövrdə baş vermiş hadisələrə görə özündən əvvəlki zaman kəsiyindən fərqlənən mərhələ.

Epoxaya nisbətən E. daha böyük zaman kəsiyini əhatə edir.

3. Geologiyada eonların bölündüyü geoxronoloji vaxt vahidi.

Müasir dövrümüzə qədər davam edən ikinci geoloji eon – Fanerozoy – üç eraya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy. Lakin birinci eonun (Kriptozoy) era bölgüsündə elmdə vahid mövqe yoxdur. Bəzi geoloji vaxt xəritələrində o, üç (Heyden, Arxey, Proterozoy), digərlərində iki (Arxey və Proterozoy) hissəyə ayrılır, ya da üçüncü E. fərqli adlandırılır: Katarxey.

Tarix terminləri lüğəti