Reklam
Reklam

Tarix terminləri lüğəti

eollar

yun. Aioleis – qədim yunan mifologiyasının personajı Eolun adından

Axeylər, dorilərioniyalılarla yanaşı, dörd əsas qədim yunan tayfasından biri.

Bu tayfanın qurucusu əfsanəvi qəhrəman Eol sayılır. Tarixi inkişafda E. və axeylər qədim yunan mədəniyyətinin əsas daşıyıcıları olan dorilər və ioniyalılardan geri qalırlar. Öncə Fessaliyada yaşayan E. daha sonra dorilər və axeylər tərəfindən həmin ərazidən sıxışdırılıb çıxarılıblar, beləliklə, tərk edilmiş və dağıdılmış şəhərlərdə (məsələn, Delfidə) məskunlaşmalı olublar. E. (elmi ədəbiyyatda onlara «aiollar» da deyilir) qədim yunan dilinin eol dialektində danışıblar.

Tarix terminləri lüğəti