Şumer yazısında pa-te-si kimi transliterasiya olunur, etimologiyası dəqiq bəlli deyil
1. Qədim Mesopotamiyada e.ə. XXVII–XXVI əsrlərdə şəhər-dövlətin hakimi.
E. bəzi dini, hətta müəyyən hərbi funksiyalar da yerinə yetirib: məbədlərin qulluqçularından ibarət hərbi dəstəyə rəhbərlik edib. E.-lərin hakimiyyəti ağsaqqallar şurası və xalq məclisi ilə məhdudlaşdırılıb. Çox zaman onlar hərbi rəhbərlərin – luqalların tabeliyində olublar.
2. III Ur sülaləsi dövründə (təxminən e.ə. 2100–2000) hökmdar tərəfindən təyin olunan əyalət rəhbəri.
3. E.ə. II minillikdə hökmdar və məbəd təsərrüfatlarında yarıqul vəziyyətində işləyən, istehsal vasitələri üzərində mülkiyyətdən məhrum olan əkinçi-yardar.
Tarix terminləri lüğəti