Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

enerji resursları

yun. energeia – fəaliyyət + fr. ressource – köməkçi vasitə

Sənayedə və məişətdə istifadəsi mümkün olan müxtəlif növ enerjilərin (mexaniki, istilik, elektrik, nüvə, kimyəvi və s.) mənbələri.

E.R.-nın bolluğu ölkənin inkişafına şərait yaradan ən mühüm amillərdən biri, onlardan istifadənin səmərəliliyi isə ölkənin inkişaf səviyyəsinin göstəricisidir. E.R., əsasən, iki yerə – bərpa olunmayan, yaxud ənənəvi resurslara (neft, qaz, kömür və s.) və bərpa olunan, yaxud qeyri-ənənəvi resurslara (günəş, külək, okean enerjisi və s.) bölünür.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti