Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

elti

Ağdam, Ağdaş, Ağdərə, Borçalı, Dəvəçi, Goranboy, Göyçay, İmişli, Kürdəmir, Quba, Qax, Qazax, Mingəçevir, Tərtər, Şəki, Ucar

İki qardaşın arvadları.  İki qardaş evlənəndə olların arvatdarı bir-birinin eltisi olur (Ağdam); Yaxşı elti bajı kimi olor (Borçalı); Axşam eltimgilə toya getmişdim (Qazax); Qəcəm də diyərux, elti də (Qax); Züleyxanın eltisi yaman xoşxasiyyətdi (Göyçay); Eltisi gəlif, umküsü eləmiycax hindi? (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti