1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). □ Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. (S.Rəhimov).
2. Burmaq. □ Bığını eşmək.
3. Barmaqla hazırlamaq, sarımaq. □ Çox yaxşı tütündür, birini eşin, dadına baxın. (M.Rzaquluzadə).
4. Hörmək. □ İp eşmək.
5. Məcazi mənada: əlləşdirmək, axtarmaq, araşdırmaq, qurdalamaq, töküşdürmək. □ Qazı ... kitabları eşib bir qara cildli kitab götürüb açdı. (C.Məmmədquluzadə).
Tirmədən və məxmərdən tikilən yaxası xəzli, gödəkqollu, sırıqlı qadın üst geyimi. □ Eşmək yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi.
Həmçinin bax: