rus. духобор < дух – ruh + борьба – mübarizə
Rusiyada XVIII əsrin II yarısında yaranmış dini sekta.
D. özlərini “müqəddəs ruh uğrunda mübarizlər” adlandırırlar. Onlar pravoslav kilsəsinin ayin və mərasimlərini, din xadimlərini, eləcə də rahibliyi qəbul etmirlər. Bu sektanın üzvləri öz icma başçılarını ilahiləşdirirlər. D. hakimiyyətə tabe olmaqdan və hərbi xidmətdən imtina etdikləri üçün çar hökuməti tərəfindən təqib olunublar və Rusiyanın müstəmləkə ucqarlarına sürgünə göndəriliblər. 1841–1845-ci illərdə Azərbaycan və Gürcüstan ərazisinə də təqribən 5 min D. sürgün edilib. Azərbaycanda onlar, əsasən, indiki Gədəbəy rayonunun ərazisində (Slavyanka kəndi) yerləşiblər. Rusiya D.-ının əksəriyyəti isə XIX əsrin sonunda Kanadaya mühacirət edib.
Tarix terminləri lüğəti