Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

duman [duman] isim

1. Coğrafiya. Atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn kəsif, tutqun hava kütləsi; sis. □ Duman basmaq. Dumandan göz gözü görmür.

2. Tüstü. □ Ey bacalardan yüksələn dumanlar. (H.Cavid).

3. Toz, tüstü və s.-nin havaya qalxmasından hasil olan tutqunluq, bulanıqlıq. □ Toz, dumandan adamın gözü tutulur.

4. Məcazi mənada: bir şeyi örtən pərdə, örtü; bir şeyi aydın görməyə, başa düşməyə mane olan şey haqqında.

5. Məcazi mənada: üzdə, gözdə kədər, qəmginlik, hüzn əlaməti. □ ...Bir duman görməsin xoş sifətiniz. (S.Vurğun).

6. Məcazi mənada: aydın olmayan vəziyyət, qeyri-müəyyənlik, anlaşılmazlıq, qaranlıq. □ Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmişdir. (M.S.Ordubadi).

Həmçinin bax:

frazeologizm: başından duman ayazımaq frazeologizm: başından duman qalxmaq coğrafiya: advektiv duman coğrafiya: dəniz dumanı Azərbaycan dilinin izahlı lüğəti