Reklam
Reklam

Tarix terminləri lüğəti

draxma

yun. drachme

1. Qədim Yunanıstanda çəki və pul vahidi.

Çəki vahidi olaraq D.-nın göstəricisi müxtəlif şəhər-dövlətlərdə 4–7 q arasında dəyişib. Gümüş sikkə kimi isə o, e.ə. VI əsrdən kəsilməyə başlanıb, çəkisi öncə – 4,25 q, sonra 4,32 q olub.

2. 1883-cü ildən 2002-ci il yanvarın 1-dək Yunanıstanın pul vahidi.

Yunanıstanın Avropa İttifaqına daxil olması ilə əlaqədar D.-nı avro əvəzləyib.

3. Keçmişdə apteklərdə istifadə olunan, hazırda isə dövriyyədən çıxmış çəki vahidi.

İngilis ölçü sistemində 1 aptek D.-sı 3,888 q, ruslarda 3,732 q təşkil edib.

4. İngilis ölçü sistemində kütlə vahidi.

Bir ticarət D.-sı təqribən 1,772 q-a bərabər olub.

Tarix terminləri lüğəti