Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

doqqaz1

Qafan, Oğuz

Çəpər.

doqqaz2

Borçalı, Gəncə, Gədəbəy, Göyçay, Qazax, Qax, Şəki, Tovuz, Ucar

Kənd küçəsi, əsas yoldan məhəllələrə ayrılan yol. □ Aravanı doqqaza çəkdim (Ucar); Bizim doqqaza diyillər Qolxoz küçəsi (Şəki); Ne incinesin, doqqaza çıxsana (Qax); Camahat doqqazda səni gözdüyür, sən də öydə laqqırtı vurursan (Gəncə); Doqqaz yoldan ayrıler (Gədəbəy).

doqqaz3

Bərdə, Bolnisi, Gədəbəy, Göyçay, Qazax, Kəlbəcər, Kürdəmir, Salyan, Tərtər, Tovuz

Küçə qapısı, həyət qapısı. □ Doqqaz niyə bağlıdı, tez ol ged aç, indi bu sa:t mallar gələsidi (Bərdə); Doqqaz iki deşikli ağacdı, basırıllaryerə, deşiyinə köndələn pərdi keçirdillər (Kürdəmir); Doqqaz qayırıb, üç qoşa keçirərdilər (Göyçay).

Azərbaycan dilinin dialektoloji lüğəti