1. Narazı halda öz-özünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək. □ ...O arvaddan həzər etmək ki, sübhdən-axşamacan ...donquldana. (N.Vəzirov).
2. Məcazi mənada: ala-babat, pis danışmaq. □ ...ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar... firəngcə donquldanacaqlar. (M.Arif).
3. Heyvanlar haqqında hirslənmə əlaməti olaraq yavaşcadan acıqlı səslər çıxarmaq; mırıldanmaq. □ Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı. (S.S.Axundov).