Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

doldurmaq [doldurmax] feil

1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq, tökmək, dolu hala gətirmək; bir şeyi bir qabın və s.-nin içinə qoymaq, tökmək. □ Kisəni unla doldurmaq. Paltarları çamadana doldur.
2. Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil etmək. □ Məqaləsini sitatlarla doldurmuşdur.
3. Yükləmək, qoymaq. □ Vaqonları yüklə doldurmaq.
4. Kütlə halında bir yerə yığmaq, toplamaq, bir yerdə cəmləşdirmək, bir yerə daxil etmək, salmaq. □ Qarovulçular adamları kameralara doldurdular. (Mir Cəlal).
5. Məcazi mənada: yayılmaq, tutmaq, çulğalamaq, bürümək; yayılaraq bürümək. □ Duman dərəni doldurmuşdur.
6. Kütlə halında bir yerə daxil olmaq, doluşmaq, yerlərin hamısını tutmaq. □ Tamaşaçılar zalı doldurmuşdular.
7. Tamamilə yerinə yetirmək, həyata keçirmək, ödəmək. □ Planı doldurmaq.
8. Anketin, blankın və s.-nin boş qoyulmuş yerlərinə lazım olan şeyləri yazmaq. □ Anket doldurmaq. Poçt blankını doldurmaq.
9. Tüfəng, tapança və b. odlu silahlara barıt, güllə və s. qoyub atılmağa hazırlamaq. □ Şirəli çiynindəki tüfəngi doldurdu... (M.Hüseyn).
10. Dənizə, gölə, bataqlığa və s.-yə daş, torpaq və s. tökməklə quru hala gətirmək, qurutmaq; çuxur bir yerə daş, torpaq və s. töküb onu düzləndirmək. □ Bataqlıqları doldurmaq. Çalanı doldurmaq. Quyunu doldurmaq.
11. Əskik olan şeyi tamamlamaq, bir şeyin kəsirini tamam etmək. □ Qızın qohum-əqrəbaları ...qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. (R.Əfəndiyev).

Həmçinin bax:

frazeologizm: başını doldurmaq frazeologizm: beynini doldurmaq frazeologizm: boğazına qurğuşun doldurmaq frazeologizm: cibini doldurmaq frazeologizm: qaz vurub qazan doldurmaq frazeologizm: qulağını doldurmaq Azərbaycan dilinin izahlı lüğəti