Reklam
Reklam

Tarix terminləri lüğəti

divan

fars. – məclis, dövlət idarəsi

1. Bir sıra müsəlman ölkələrində fərqli funksiyalar (dəftərxana, vergi-maliyyə, məhkəmə, dövlət şurası və s.) yerinə yetirən dövlət orqanları.

2. Xəlifə Ömərin hakimiyyəti illərindən (634–644) başlayaraq ərəb istilalarının ilk dövründə dövlət gəlirinin qeydə alındığı, müvafiq siyahıların saxlandığı yer.

3. Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi.

4. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və b. vəkillərdən ibarət dövlət şurası.

5. Moldova və Valaxiya knyazlıqlarında dövlət şurası, ali məsləhətçi və icraedici orqan.

6. Azərbaycanda orta əsrlərdə dövlət idarəçiliyinin, habelə iqtisadiyyatın müəyyən sahələrinə rəhbərliyi öz əlində cəmləşdirən qurumların adı.

Misal: xanlıqlar dövründə daxili və xarici siyasət məsələləri ilə məşğul olan D.-lar fəaliyyət göstərib, onlara divanbəyi başçılıq edib.

Tarix terminləri lüğəti