ing. diggers – yerqazan
XVII əsr İngiltərə burjua inqilabı dövründə demokratik hərəkatın ifrat sol qanadının nümayəndələri.
Onlar boş torpaqları özbaşına şumladıqları üçün belə adlandırılıblar. Levellerlər hərəkatından ayrılan D. özlərini “həqiqi levellerlər” sayıblar, kənd və şəhər yoxsullarının maraqlarının müdafiəsində dayanıblar. D. çəpərləmələrə qarşı olublar, xüsusi mülkiyyətin ləğv edilməsinə, torpaq fondunun ümumiləşdirilməsinə, siyasi və əmlak bərabərliyinin yaradılmasına səy göstəriblər. Məqsədə çatmaq üçün onlar yalnız dinc vasitələrdən istifadə ediblər. 1649-cu ildə ingilis sosialist-utopisti C.Uinstenlinin rəhbərliyi altında mübarizəyə qalxmış D.-in çıxışları 1651-ci ilin sonuna yaxın tamamilə yatırılıb.
Tarix terminləri lüğəti