Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

didilmək [didilməx'] feil

1. Didik hala gəlmək, didik-didik olmaq, lif-lif, tel-tel ayrılmaq, dağılmaq, yıpranmaq. □ Paltarı didilmək.
2. Zülmə, işgəncəyə, məhrumiyyətə məruz qalmaq. □ Vaxtilə fanatizm pəncəsində didilən insanların həyatı artıq təzələnməkdə idi. (S.Şamilov).
3. Məcazi mənada: mənəvi əzab və iztirab çəkmək, parça-parça olmaq; xırpalanmaq. □ Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı. (C.Cabbarlı).

Azərbaycan dilinin izahlı lüğəti