1. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək. □ Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. (A.Şaiq).
2. Daraqdan keçirilmək, daraqlanıb təmizlənmək. □ Yun daranmışdır.
3. Öz başını daramaq. □ Kamal durub geyindi, darandı, yuyundu. (S.Rəhimov).
4. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. □ ...Təbii sərvətini əldə etmək üçün ...İranın cəmdəyinə daranmışdılar. (M.S.Ordubadi).
5. Məcazi mənada: bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq (bəzən “vücuduna”, “canına” sözləri ilə).
6. Əl və ayaqlar vasitəsilə dik bir yerə, yuxarıya qalxmaq, dırmaşmaq, çıxmaq; ümumiyyətlə, hündür bir yerə çıxmaq, qalxmaq. □ Səhəngi atırlar çiyinlərinə, kəklik kimi daranırlar dağ yuxarı. (N.Vəzirov).