Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daramaq [daramax] feil

1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. □ Başını daramaq.
2. Daraqdan keçirmək, daraqlayıb təmizləmək. □ ...Həcər isə döşək üstündə oturaraq yun darayırdı. (Ə.Sadıq).
3. Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq. □ Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf. (A.Səhhət).
4. Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək. □ Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan. (A.Səhhət).

Həmçinin bax:

frazeologizm: kirpikləri ilə yolları daramaq Azərbaycan dilinin izahlı lüğəti