Reklam
Reklam

Tarix terminləri lüğəti

daklar

lat. Daci

Qədimdə, əsasən, Dunay çayı ilə Karpat dağları arasındakı ərazidə (indiki Rumıniya və Moldovada) məskunlaşmış Şimali Frakiya tayfaları qrupu.

D. (bəzi mənbələrdə onlar «daçyalılar» adlandırılırlar) daha çox əkinçilik və maldarlıqla məşğul olublar, lakin sənətkarlıq da burada yüksək dərəcədə inkişaf edib. Bu tayfalar e.ə. V–IV əsrlərdə yunan şəhərləri, e.ə. I əsrdən isə Roma tacirləri ilə sıx ticarət əlaqələri saxlayıblar. E.ə. I – eramızın I əsrlərində romalılara ciddi müqavimət göstərən D., nəhayət, 101–102 və 105–106-cı illərdə baş vermiş müharibələrdə onlara məğlub olublar. Bundan sonra D.-ın ərazisi Romanın Dakiya vilayətinə çevrilib.

Tarix terminləri lüğəti