1. Birgə fəaliyyət üçün birləşmiş adamlardan ibarət mütəşəkkil qrup. □ Geoloji kəşfiyyat dəstəsi. Çalğıçılar dəstəsi.
2. Xüsusi hərbi hissə. □ Piyada dəstəsi. Kəşfiyyatçı dəstəsi.
3. Qatar. □ Quş dəstəsi.
4. Numerativ söz kimi: bir əldə tutulacaq qədər, ip və s. ilə bağlanmış gül, göyərti, ot və s. toplusu. □ Bir dəstə nanə. Bir dəstə çiçək.
5. Numerativ söz kimi: bir yerdə bağlanmış, yaxud çin-çin yığılmış eyni cinsli şeylər toplusu. □ Bir dəstə qəzet. Bir dəstə kağız pul.
6. Zoologiya. Heyvanların təsnifatında qohum ailələri birləşdirən bölmə. □ Buğumayaqlılar dəstəsi.
Bir şeyin əl tutulan yeri, tutacaq yeri; sap, qulp, qəbzə. □ Qapı dəstəsi. Qılınc dəstəsi. Mişarın dəstəsi.
Arxaizm. Gecə, yaxud gündüz saat on iki. □ ...qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti