Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

düzəltmək [düzəltməx'] feil

1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. □ Montyor işıq xəttini düzəltdi.

2. Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq. □ ...duru suya baxaraq saçlarını düzəltdi. (Ə.Vəliyev).

3. Nöqsanları və s. çatışmazlığı aradan qaldırmaq; islah etmək, yaxşılaşdırmaq. □ Nöqsanları düzəltmək. Adamlara qarşı münasibətini düzəltmək.

4. Vücuda gətirmək, yaratmaq, hazırlamaq, qurmaq. □ Quşlar özlərinə yuva düzəltdilər.

5. Cürbəcür vasitələrlə, yollarla əldə etmək, tapmaq. □ Yol üçün pul düzəltmək.

6. Təşkil etmək, yaratmaq, həyata keçirmək (bir işi, tədbiri); vücuda gətirmək. □ Sərgi düzəltmək. ...diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. (C.Məmmədquluzadə).

7. Qurmaq, fikirləşib hazırlamaq. □ Elə hiylə düzəltmək lazımdır ki, Nəbi özü gəlib bizə təslim olsun. (“Qaçaq Nəbi”).

8. Bir yerə (işə, məktəbə və s.-yə) qəbul olunmasına kömək etmək, vasitə olmaq. □ Məktəbə düzəltmək. Sanatoriyə düzəltmək.

Həmçinin bax:

frazeologizm: ağız-burnunu düzəltmək frazeologizm: ara düzəltmək frazeologizm: iş düzəltmək frazeologizm: işə düzəltmək frazeologizm: işini düzəltmək frazeologizm: qarışqadan fil düzəltmək frazeologizm: qaş düzəltdiyi yerdə vurub göz çıxarmaq frazeologizm: qəddini düzəltmək frazeologizm: milçəkdən fil düzəltmək frazeologizm: özünü düzəltmək Azərbaycan dilinin izahlı lüğəti