Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

düzəlmək [düzəlməx'] feil

1. Düz və hamar şəklə düşmək; düzlənmək. □ Çuxur düzəldi.
2. Təşkil olunmaq, əmələ gəlmək, ibarət olmaq; tərtib olunmaq, qurulmaq. □ Həyətində yığıncaq düzəlmiş kəndli, Cavadı evinə dəvət etdi. (Ə.Vəliyev). ...otaq Avropa qaydasında düzəlmişdir. (Ü.Hacıbəyli).
3. Qaydaya düşmək, nizama düşmək, yoluna düşmək, başa gəlmək. □ İşim düzəldi.
4. İslah olunmaq, yaxşılaşmaq. □ O, düzələn adam deyil.
5. Dikəlmək, qalxmaq, şax durmaq, qəddini düzəltmək. □ Qadın diksinmiş kimi, düzəlib şax durdu. (Mir Cəlal).
6. Kökəlmək, ətə-cana gəlmək. □ At gündən-günə tükünü tüləyir, sağrısı düzəlirdi. (Ə.Vəliyev).
7. Sağalmaq, yaxşılaşmaq. □ Xəstə idi, indi düzəlib.
8. Bir səmtə tərəf üz tutmaq, getməyə başlamaq, getmək (bu mənada adətən “yola”, “yoluna” və s. sözlərlə). □ Yenə bir söz demədən yoluna düzəldi. (S.Hüseyn).
9. Məcazi mənada: işə girmək, bir vəzifə daşımağa başlamaq. □ İşə düzəlmək. Haraya düzəldin?

Həmçinin bax:

frazeologizm: arası düzəlmək frazeologizm: düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı frazeologizm: işə düzəlmək frazeologizm: yola düzəlmək Azərbaycan dilinin izahlı lüğəti