Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

düşmək [düşməx'] feil

1. Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşağıya enmək, tökülmək; yuxarıdan enib bir şeyin üzərində dayanmaq. □ Paraşütlə düşmə. ...gözlərindən axıb ...yuvarlanan yaş damcılarının birisi Xasayın üzünə düşdü. (Ə.Vəliyev).
2. Oturduğu, durduğu, ya çıxdığı yerdən aşağıya enmək; dərin bir şeyin dibinə enmək. □ Ağacdan düşmək. Pilləkəndən düşmək. Dalğıc dənizin dibinə düşdü.
3. Heyvan və ya başqa bir minikdən yerə enmək. □ Atdan düşmək. Arabadan düşmək. Avtobusdan düşmək.
4. Ayaq üstə dayana bilməyərək yıxılmaq, yıxılıb qalmaq. □ Üz üstə düşmək. Böyrü üstə düşmək. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. (M.S.Ordubadi).
5. Məcazi mənada: yıxılmaq (bu mənada adətən tərkib halında işlənir); sərilmək, uzanıb qalmaq, sərələnmək, uzanmaq. □ Sərvi-qəddin düşübdü xak üzrə... (X.Natəvan).
6. Özünü bir şeyin üstünə salmaq, yıxmaq, yaxud bir şeyin üstünə əyilmək. □ Həcər Mehdinin cənazəsi üstünə düşüb, göz yaşlarını bahar buludu kimi axıdır. (“Qaçaq Nəbi”).
7. Sallanmaq, tökülmək; çox boş olduğu üçün yerində durmayıb aşağı sürüşmək, enmək. □ Paltar əynimdən düşür. Örpəyi başından düşdü.
8. Öz-özünə tökülmək, yerindən çıxıb, qopub düşmək. □ Dişi düşmək. Dişi düşmüş boz öküz qoşulub cöngələrə. (Atalar sözü).
9. Bir yerə gələrək orada müvəqqəti yerləşmək, qalmaq, müsafir olmaq, qonaq olmaq. □ Bir də pristav və naçalnik gələndə Əminin evinə düşərdilər. (N.Nərimanov).
10. Yağmaq; qonmaq, çökmək, örtmək. □ Otların üzərinə şeh düşübdür. Dağlara qar düşübdü; Üstündən tar düşübdü; Gedərəm, dayanmaram; Yadıma yar düşübdü. (Bayatı).
11. Yönələrək bir yerə, ya bir şeyin üzərinə yayılmaq, enmək, saçmaq, gəlmək. □ Kölgə düşmək. Ağacların arasından ayın işığı düşür.
12. Paylaşdırma, təyinat nəticəsində bu və ya başqa bir yerə təyin edilmək, göndərilmək. □ İnstitutu bitirmiş həkimlərin ikisi Qazaxıstana, üçü Orta Asiya Respublikalarına düşdü.
13. Bir yerə daxil ola bilmək, yaxud özünü yetirə bilmək, özünü sala bilmək; iştirak edə bilmək, bir yerdə olmağa imkan tapa bilmək. □ Yeni tamaşaya güclə düşdüm.

14. Təsadüfi, ya qeyri-təsadüfi bir şeyin içində olmaq, özünü bir şeyin içində görmək. □ Tora düşmək. Tələyə düşmək. Həbsə düşmək.

15. Keçmək, çıxmaq, daxil olmaq. □ ...Ayaqlarım yalın olduğuna görə ...tapdanmamış bir cığıra düşdüm. (A.Divanbəyoğlu).
16. Başlamaq, yetişmək, gəlib çatmaq. □ Soyuqlar düşdü. İstilər düşdü.
17. Baş vermək, başlamaq, qopmaq. □ Dava düşmək. Qarışıqlıq düşmək.
18. Baş verib yayılmaq. □ Azar düşmək.
19. Başlamaq, şüru etmək, girişmək, iqdam etmək. □ Pırpız Sona çəpik çalır, Molla Abbas düşür oynamağa. (C.Məmmədquluzadə).
20. Bərqərar olmaq, meydana gəlmək, olmaq. □ Sakitlik düşmək.
21. Çatmaq, yetişmək. □ Kəndə axşam düşdüm. (S.Rəhman).
22. Dərəcəsi, şiddəti, səviyyəsi, miqdarı və s. azalmaq, əskilmək, zəifləmək, enmək. □ Suyun səviyyəsi yavaş-yavaş düşür. Havanın temperaturu çox düşmüşdür.
23. Gücü, qüvvəti azalmaq, üzülüb əldən düşmək, qüvvətini itirmək; seyrəkləşmək, zəifləmək. □ Ürəyinin fəaliyyəti düşmüşdür. Nəbzi düşmüşdür.
24.Təzyiqi azalmaq. □ Barometr düşür. Qan təzyiqi düşmüşdür.
25. Ucuzlaşmaq, aşağı enmək. □ Qiymətlər aşağı düşmüşdür. Birjada aksiyalar düşdü.
26. Öz qiymətini, əhəmiyyətini, dəyərini, etibarını itirmək, alçalmaq. □ Kollektivin nəzərindən düşmək.
27. İtirmək, qeyb etmək, məhrum olmaq, əlindən çıxmaq. □ Təravətdən düşmək. ...bu gün qəza rəisliyindən düşsə necə dayanacaqdı?! (S.Rəhimov).
28. Bir hissin keçib getdiyini, yox olmasını bildirir. □ Həvəsdən düşmək. Könüldən düşmək.
29. Yorğunluqdan, soyuqdan və s.-dən keyimək, üzülmək, tabsız olmaq, taqətini itirmək. □ Balta vurmaqdan qollarım düşdü... (Ə.Haqverdiyev).
30. Təsadüf etmək, təsadüf olmaq, rast gəlmək, vaqe olmaq; keçmək. □ Yolum düşdü, gəldim. Kitab düşdü, aldım.
31. Bəxtinə çıxmaq, payına çıxmaq, qisməti olmaq. □ Uduş 35 nömrəli biletə düşdü.
32. Çatmaq, yetişmək, yaxud çatmalı, yetişməli olmaq. □ Hərəyə üç manat düşür. Demək ki, mən ölsəm, malım Gülpəriyə düşəsidir... (S.S.Axundov).
33. Xeyri olmaq, xeyir vermək, faydası olmaq, köməyi olmaq, yaxşı təsir etmək, yaramaq; xoşbəxtlik, rifah gətirmək, şükümlü olmaq. □ Dəniz havası xəstəyə yaxşı düşür. Oraya getmək mənə düşmədi.
34. Uyğun olmaq, uymaq, münasib olmaq, uyğun gəlmək, düz gəlmək, yaraşmaq; tutmaq, uyuşmaq. □ Açar qıfıla düşmür. ...başında paltosunun rənginə düşən ipək yaylıq vardı. (M.İbrahimov).
35. Sayılmaq, olmaq, münasib olmaq. □ Mənim ərizə verməyim yaxşı düşməz. (Ə.Sadıq).
36. Aid olmaq, üzərində yük olmaq, yüklənmək, üzərində qalmaq. □ Üzərinə məsuliyyət düşmək. İşin çətinliyi bizim üzərimizə düşəcəkdir.
37.Hər hansı bir vəziyyət, şərait və s. içərisində olmaq; uğramaq, düçar olmaq, giriftar olmaq. □ Bəlaya düşmək. Qaranlığa düşmək. Soyuğa düşmək.
38. Bir hal almaq, bir şəkil almaq. □ Çimənlərin bədənləri istidən mis rənginə düşmüşdü.
39. Avara-sərgərdan dolaşmaq, gəzmək (bu mənada adətən tərkib halında işlənir). □ Küçələrə düşmək. Çöllərə düşmək.
40. Bu və ya digər bir hissə qapılmaq, onun həvəsində olmaq, bir şeyin xəyalında olmaq. □ Niyyətə düşmək. Həvəsə düşmək. Eşqə düşmək.
41. Qabağınca, dalınca, ya yanınca getmək, qoşmaq. □ Qabağa düş, yol göstər. İrəli düşmək. Dalınca düşmək. Yanına düşmək.
42. Bir şey üçün hədəf olmaq (bu mənada adətən tərkib halında işlənir). □  Qız ... qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. (H.Sarabski).
43. Keçmək. □ Bir əlimə düşəydi...
44. Məcazi mənada: özünə fikir verməyərək, simaca və mənən acınacaqlı, düşkün bir hal almaq. □ Axır zamanlar o, çox düşmüşdür.
45. Cismən zəifləmək, arıqlamaq; qocalmaq. □ Atan necədir? Çox düşməyib ki? (İ.Əfəndiyev).
46. Vaqe olmaq, yerləşmək. □ Kənd yolun sağ tərəfinə düşür.
47. Əmələ gəlmək, düzəlmək, salınmaq. □ Meşədən cığır düşübdür.
48. Sataşmaq, dəymək, görmək. □ Gözü qarşıdakı adama düşəndə duruxdu.
49. Yayılmaq, eşidilmək. □ Kəndə küy düşdü.
50. Birinci dəfə yem yeməyə başlamaq. □ Quzu ota düşüb.
51. Düşdükcə şəklində – təsadüf etdikcə, rast gəldikcə. □ Bizə lazım olan şeyləri düşdükcə ondan-bundan ...aldıq. (C.Məmmədquluzadə).
52. Düşəndə şəklində – vaxt, fürsət, imkan olanda, təsadüf gətirəndə, yeri gəldikcə, arabir, ara-sıra, bəzən, gah-gah. □ Hər kağızın birinə məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. (C.Məmmədquluzadə).
53. Düşsə şəklində – təsadüf etsə, rast gəlsə, imkan olsa. □ Düşsə, mənə də al.
54. Nə düşüb, nə düşüb ki şəklində – nə dəxli var, nə aidiyyəti var, nə münasibəti var, səbəb nədir (ki), nə səbəbə (görə), nə işinə gərək, dəxli yoxdur, aidiyyəti yoxdur. □ ...sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? (M.Hüseyn).

Həmçinin bax:

frazeologizm: abırdan düşmək frazeologizm: abra düşmək frazeologizm: acığa düşmək frazeologizm: adam cildinə düşmək frazeologizm: adı dəftərə düşmək frazeologizm: adı dillərə düşmək frazeologizm: ağacı əlindən düşmək frazeologizm: ağızdan-ağıza düşmək frazeologizm: ağızlara düşmək frazeologizm: ağlar günə düşmək (qalmaq) frazeologizm: ağzına düşmək frazeologizm: ağzına söz düşmək frazeologizm: ağzından düşməmək frazeologizm: ala it tayadan düşməmiş frazeologizm: araya düşmək frazeologizm: arpası artıq düşmək frazeologizm: aşağı dabana düşmək frazeologizm: atdan düşüb eşşəyə minmək frazeologizm: ayağı düşmək frazeologizm: ayağına düşmək frazeologizm: ayağının altına düşmək frazeologizm: ayaq altına düşmək frazeologizm: ayaqdan düşmək frazeologizm: azara düşmək frazeologizm: baltası düyünə düşmək frazeologizm: başa düşmək frazeologizm: başı yastığa düşmək frazeologizm: başına dən düşmək frazeologizm: başına düşmək frazeologizm: başqasının zibilinə düşmək frazeologizm: beyninə düşmək frazeologizm: bədəninə lərzə düşmək frazeologizm: bəhsə düşmək frazeologizm: bəxtinə çıxmaq (düşmək) frazeologizm: bəlaya düşmək frazeologizm: bəli deyib bəlaya düşmək frazeologizm: bəndə düşmək frazeologizm: bərkə düşmək frazeologizm: bərkə-boşa düşmək frazeologizm: bilmədiyi şeyə qurd düşər frazeologizm: bir çanaq darı atsalar, biri də yerə düşməz frazeologizm: bir deyəndə biri də ağzından düşür frazeologizm: bir tikəsi ovsanaya düşmək frazeologizm: boynuna düşmək frazeologizm: boynuna uşaq düşmək frazeologizm: burnundan düşmək frazeologizm: candan düşmək frazeologizm: canına düşmək frazeologizm: canına qorxu düşmək frazeologizm: canına od düşmək frazeologizm: canına üşütmə düşmək frazeologizm: canına vəlvələ (vicvicə) düşmək frazeologizm: cəncələ düşmək frazeologizm: cin oyununa düşmək frazeologizm: çal düşmək frazeologizm: çək-çevirə düşmək frazeologizm: çənəsi düşmək frazeologizm: çilingə düşmək frazeologizm: çiyninə ağır yük düşmək frazeologizm: çiyninə düşmək frazeologizm: çöllərə düşmək frazeologizm: çörəkdən düşmək frazeologizm: çul düşmək frazeologizm: dağa-daşa düşmək frazeologizm: dala düşmək frazeologizm: dalına düşmək frazeologizm: damarına düşmək frazeologizm: damdan düşmək frazeologizm: damına şivən düşmək frazeologizm: darlığa düşmək frazeologizm: daş düşəydi (yağaydı) frazeologizm: daş kimi düşmək frazeologizm: daş olub quyuya düşmək frazeologizm: dava qalxmaq (düşmək) frazeologizm: depressiyaya düşmək frazeologizm: dən düşmək frazeologizm: dildən düşməmək frazeologizm: dildən-ağızdan düşməmək frazeologizm: dildən-dilə düşmək frazeologizm: dilə düşmək frazeologizm: dilə-ağıza düşmək frazeologizm: dilə-dişə düşmək frazeologizm: dilindən düşməmək frazeologizm: dilinə düşmək frazeologizm: dilinin bəlasına düşmək frazeologizm: dillərə düşmək frazeologizm: dolaba düşmək frazeologizm: dolaşığa düşmək frazeologizm: döşəyə düşmək frazeologizm: duyuq düşmək frazeologizm: düyün düşmək frazeologizm: düyünə düşmək frazeologizm: elçi düşmək frazeologizm: elin dilinə düşmək frazeologizm: eşq oduna düşmək frazeologizm: eşqə düşmək frazeologizm: etibardan düşmək frazeologizm: evə düşmək frazeologizm: evindən qaçaq düşmək frazeologizm: əl-ayağa düşmək frazeologizm: əl-ayağına düşmək frazeologizm: əldən düşmək frazeologizm: əldən-ayaqdan düşmək frazeologizm: əldən-ələ düşmək frazeologizm: ələ düşmək frazeologizm: əlindən ağacı düşmək frazeologizm: əlindən düşməmək frazeologizm: əlindən qaçaq düşmək frazeologizm: əlinə düşmək frazeologizm: əlinə fürsət düşmək frazeologizm: əlinə göydən düşmək frazeologizm: əlləri yanına düşmək frazeologizm: əndazəyə düşmək frazeologizm: əndişəyə düşmək frazeologizm: əngələ düşmək frazeologizm: ətdən düşmək frazeologizm: əyri yola düşmək frazeologizm: feilinə düşmək frazeologizm: fəlakətə düşmək (düçar olmaq) frazeologizm: fırt eləyib burnundan düşüb frazeologizm: fikrə düşmək frazeologizm: fikrinə düşmək frazeologizm: formadan düşmək frazeologizm: fürsət düşmək frazeologizm: gecəyə düşmək frazeologizm: gen gəzmək (düşmək) frazeologizm: geri düşmək frazeologizm: get-gələ düşmək frazeologizm: girdən düşmək frazeologizm: girəvə düşmək frazeologizm: götürüm düşmək frazeologizm: gövşəyinə od düşmək frazeologizm: göydə axtarırdım, yerdə əlimə düşdü frazeologizm: göydən düşmək frazeologizm: göydən zənbillə (səbətlə) düşüb frazeologizm: gözdən düşmək frazeologizm: gözləri çuxura (quyuya) düşmək frazeologizm: gözü düşmək frazeologizm: gözündən düşmək frazeologizm: gücdən düşmək frazeologizm: gücə düşmək frazeologizm: gündəmdən düşməmək frazeologizm: günü çıxmaq (düşmək) frazeologizm: haldan düşmək frazeologizm: haldan-hala düşmək frazeologizm: hay düşmək frazeologizm: heydən düşmək frazeologizm: hərəkətdən düşmək frazeologizm: həvəsdən düşmək frazeologizm: hökmdən düşmək frazeologizm: hörmətdən düşmək frazeologizm: xam düşmək frazeologizm: xam ələ düşmək frazeologizm: xam xəyala düşmək frazeologizm: xataya düşmək frazeologizm: xəncərinin qaşı düşməz frazeologizm: xərcə düşmək frazeologizm: xərcə-borca düşmək frazeologizm: xəstə düşmək (yatmaq) frazeologizm: içinə qurd düşmək frazeologizm: iddiasına düşmək frazeologizm: inciklik düşmək frazeologizm: iraq düşmək frazeologizm: irəli düşmək frazeologizm: işə düşmək frazeologizm: işi bərkə düşmək frazeologizm: işi çətinə düşmək frazeologizm: işi dolaşığa düşmək frazeologizm: işi düşmək frazeologizm: işi düyünə düşmək frazeologizm: işi müşkülə düşmək frazeologizm: işin dalına düşməmək frazeologizm: işin üstünə düşmək frazeologizm: it ağzına düşmək frazeologizm: it ağzına sümük düşmək frazeologizm: it gününə düşmək frazeologizm: it kökünə düşmək frazeologizm: it-bata düşmək frazeologizm: it-qurd ağzına düşmək frazeologizm: iynə atsan, yerə düşməz frazeologizm: izə düşmək frazeologizm: kameraya düşmək frazeologizm: kardan düşmək frazeologizm: kələyə düşmək frazeologizm: kəməndə düşmək frazeologizm: kəsərdən düşmək frazeologizm: kirdardan düşmək frazeologizm: köç düşmək (salmaq) frazeologizm: kökdən düşmək frazeologizm: könlünə düşmək frazeologizm: körpü çaydan yan (uzaq) düşüb frazeologizm: kürkünə birə düşmək frazeologizm: küy düşmək frazeologizm: qabağa düşmək frazeologizm: qabağına düşmək frazeologizm: qaçaq düşmək frazeologizm: qan düşmək frazeologizm: qana düşmək frazeologizm: qapılara düşmək frazeologizm: qara siyahıya düşmək frazeologizm: qarınağrısına düşmək frazeologizm: qatardan indi düşmək frazeologizm: qazdığı quyuya özü düşmək frazeologizm: qəfəsə düşmək frazeologizm: qələmdən düşmək frazeologizm: qərardan düşmək frazeologizm: qılıncının qaşı düşməz frazeologizm: Qırmızı kitaba düşmək frazeologizm: qızıl küpünə düşmək frazeologizm: qol-qanadı sınıb yanına düşmək frazeologizm: qorxuya düşmək frazeologizm: qulağı səsə düşmək frazeologizm: quyruğuna düşmək frazeologizm: qüvvədən düşmək frazeologizm: ləc düşmək frazeologizm: ləkə düşmək frazeologizm: lərzəyə düşmək frazeologizm: ləzzətdən düşmək frazeologizm: lırt düşmək frazeologizm: lov düşmək frazeologizm: malları şərikli düşmək frazeologizm: minnətçi düşmək frazeologizm: müştəriyə düşmək (salmaq) frazeologizm: nağdı qoyub nisyə dalınca getmək (düşmək) frazeologizm: nə kökə düşüb frazeologizm: nəzərdən düşmək frazeologizm: nüfuzdan düşmək frazeologizm: o günə daş düşəydi (yağaydı) frazeologizm: od qalayıb, oda düşüb frazeologizm: oda düşmək frazeologizm: ortaya düşmək frazeologizm: ovxardan düşmək frazeologizm: ovsanaya düşmək frazeologizm: oyuna düşmək frazeologizm: öhdəsinə düşmək frazeologizm: ölü düşmək frazeologizm: ölüm döşəyinə düşmək frazeologizm: ölüsü düşmək frazeologizm: öz yoluna düşmək frazeologizm: özgə xəyala düşmək frazeologizm: partlamaya düşmək frazeologizm: payına çıxmaq (düşmək) frazeologizm: pəncəsinə düşmək frazeologizm: pərən-pərən düşmək frazeologizm: pis günə düşmək (qalmaq) frazeologizm: pis yola düşmək frazeologizm: prinsipə düşmək (getmək) frazeologizm: radara düşmək frazeologizm: relsə düşmək frazeologizm: rəngdən-rəngə düşmək frazeologizm: ruhdan düşmək frazeologizm: saçına dən düşmək frazeologizm: sahmana düşmək frazeologizm: saqqalına dən düşmək frazeologizm: salam verdik, zibilə düşdük frazeologizm: səksəkəyə düşmək frazeologizm: səsi başına düşmək frazeologizm: soyuqlar düşmək frazeologizm: sözü yerə düşmək frazeologizm: süd gölünə düşmək frazeologizm: sümüyünə düşmək frazeologizm: şalvarı əynindən düşmək frazeologizm: şans düşmək frazeologizm: şeytan yoluna düşmək frazeologizm: şəkkə düşmək frazeologizm: şərə düşmək frazeologizm: şoka düşmək frazeologizm: şübhəyə düşmək frazeologizm: tabdan düşmək frazeologizm: taqətdən düşmək frazeologizm: tamahı düşmək frazeologizm: tarixə düşmək (yazılmaq) frazeologizm: tasa düşmək frazeologizm: tası damdan düşmək frazeologizm: təbdən-təbə düşmək frazeologizm: təkərə düşmək frazeologizm: tələyə düşmək frazeologizm: tərs damarına düşmək frazeologizm: təsir altına düşmək frazeologizm: təşvişə düşmək frazeologizm: təzə gəldi bazardan, köhnə düşdü nəzərdən frazeologizm: tilsimə düşmək frazeologizm: tirtap düşmək frazeologizm: tora düşmək frazeologizm: toyuq tardan düşəndə frazeologizm: tula tayadan düşməmiş frazeologizm: ürək-göbəyi düşmək frazeologizm: ürəyi dağ-dağaya düşmək frazeologizm: ürəyi düşmək frazeologizm: ürəyi qırılıb ayağının altına düşmək frazeologizm: ürəyinə dağ-dağa düşmək frazeologizm: ürəyinə xal düşmək frazeologizm: üstünə düşmək frazeologizm: üzdən-gözdən düşmək frazeologizm: üzə düşmək frazeologizm: üzərinə düşmək frazeologizm: vahiməyə düşmək frazeologizm: yada düşmək frazeologizm: yağışdan çıxıb yağmura düşmək frazeologizm: yalı artıq düşmək frazeologizm: yaman günə düşmək (qalmaq) frazeologizm: yası düşmək frazeologizm: yatağa düşmək frazeologizm: yemi artıq düşmək frazeologizm: yerə düşməyə qoymamaq frazeologizm: yeri düşəndə frazeologizm: yeri gəlmək (düşmək) frazeologizm: yerinə düşmək frazeologizm: yola düşmək frazeologizm: yolu düşmək frazeologizm: yolun ağına düşmək frazeologizm: yorğan-döşəyə düşmək frazeologizm: yorğun düşmək frazeologizm: zırdan düşmək frazeologizm: zibilə düşmək frazeologizm: ziyana düşmək Azərbaycan dilinin izahlı lüğəti