İnsan cəmiyyətini əhatə edən təbii şərait, coğrafi təbəqənin insan tərəfindən bu və ya digər dərəcədə mənimsənilmiş, onun həyat fəaliyyətində istifadə olunan hissəsi.
C.M. təbii və antropogen komponentlərin mürəkkəb qarışığından ibarətdir; bu anlayışa relyef, iqlim, yeraltı və yerüstü sular, torpaq, bitki və heyvanlar aləmi, təbii sərvətlərlə yanaşı, insanın fəaliyyəti nəticəsində yaradılmış süni obyektlər də daxildir. İnsan cəmiyyəti getdikcə C.M.-ə daha çox təsir göstərir, ona süni elementlər (şəhər, zavod, yollar, mədənlər, əkin yerləri, su anbarları və s.) daxil edir. Dünyanın müxtəlif yerlərində fərqli C.M. mövcuddur. Bu fərq cəmiyyətin inkişafının sürətlənməsinə, yaxud zəifləməsinə səbəb olan mühüm amillərdəndir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti