Müsəlman Şərqində qeyri-müsəlman əhalidən can və mülkiyyətin qorunması, habelə onların hərbi xidmətdən azad edilməsi müqabilində dövlətin xeyrinə toplanan vergi.
C. yalnız kişilərdən alınıb. Qadınlar, qocalar, həddi-büluğa çatmayanlar və xəstələrdən müharibədə iştirak etmək qabiliyyətləri olmadığı üçün C. toplanmayıb. Kasıblar, dilənçilər və yoxsul rahiblər, habelə müsəlman qoşununda döyüşən xristianlar da C. vergisindən azad olunublar. C., əsasən, pul, bəzi hallarda natura şəklində (paltar, heyvan, taxıl və s.) toplanıb. Vergi ödəyicilərinin maddi vəziyyətinə uyğun olaraq C. ildə 12, 24, 48 dirhəm (qızıl dövriyyəli ölkələrdə isə 1, 2, 4 dinar) təşkil edib.
Tarix terminləri lüğəti