ər. – hərfi mənası: cəhdetmə, səy göstərmə
İslamın müdafiəsi və yayılması uğrunda mücadilə, din uğrunda müqəddəs savaş.
C. termininə Mədinə müsəlmanlarının Məkkə bütpərəstləri və yəhudi qəbilələrinə qarşı hərbi yürüşləri ilə əlaqədar Quranın ilk Mədinə surələrində rast gəlinir. İslama görə, C. dörd şəkildə gerçəkləşdirilir: qəlblə, dillə, əllə və silahla. Bunlardan ilki insanın şeytanla mücadilə edərək qəlbini təmizləməsi, ikincisi islamı dillə yayması, üçüncüsü onun daim doğru işlər görməsi, dördüncüsü isə kafirlər və islam düşmənləri ilə savaşması anlamına gəlir. Sonralar C. termini fərqli mənalarda da işlənib. XIX–XX əsrlərdə müsəlman ölkələrində müstəmləkəçiliyə qarşı bir çox milli azadlıq hərəkatlarının ideoloji bazasını məhz C. təşkil edib. Müasir dövrdə bəzi radikal islamçı qruplar özlərinin terrorçuluq fəaliyyətini C. adı altında pərdələyirlər.
Həmçinin bax:
Tarix terminləri lüğəti