1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvarı iti ucları. □ Qartal caynağı. Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. (S.S.Axundov).
2. Məcazi mənada: çəng. □ Caynağına keçmək. ...Məni nədən ötrü bu kaftarın caynağına vermisən… (N.Vəzirov).
Həmçinin bax: