car çağırmaq – yüksək səslə xəbər vermək, bildirmək; aləmə yaymaq.
Elə bir car çağır ki, mənim həyət-bacamda gəzənlər və xələtimi geyənlər eşitsinlər. (“Abbas”)
car olmaq – axmaq, tökülmək.
Tahir deyər: işim ahü-zar oldu.
Qaralandı gözüm yaşı, car oldu,
Dağıldı dövlətim tarımar oldu,
Atanı duzəxə sal innən belə!
(“Tahir və Zöhrə”)
Azərbaycan dastanlarının leksikası