Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cızmaq [cızmax] feil

1. Xətt, cızıq çəkmək; dırnağı və başqa bərk, ucu iti bir şeylə basaraq iz buraxmaq. □ Xəlil... qələmini çıxardıb, katibin dırnağı ilə cızdığı yerdən imzasını atdı. (M.Hüseyn).
2. Qaralama şəklində yazmaq, çəkmək, hazırlamaq. □ Həsrət cızdığı planlar barədə... Daşdəmirlə... məsləhətləşmək istədi. (B.Bayramov).
3. Siyirmək, dərisini qopartmaq; cırmaqlamaq, cırmaq, cızıq-cızıq eləmək. □ Ağac qolunu cızıb. Tikan əlimi cızdı.
4. Məcazi mənada: düşünmək, düzəltmək. □ Plan cızmaq.

Azərbaycan dilinin izahlı lüğəti