1. Əmr etmək, hökm etmək. □ Ağa buyurdu: sür dərəyə! Sür dərəyə! (Atalar sözü). Tənbələ iş buyur, o sənə nağıl danışsın. (Atalar sözü).
2. Əmr etmək, hökm etmək (nəzakət və hörmət üçün deyilir). □ Kəbleyi nə vaxt buyurursunuz şirni içməyə gələk. (H.Sarabski).
3. Arxaizm. Söyləmək, demək, təklif etmək (hörmət və nəzakət ibarəsi olub, bəzən zarafat, axud kinayə və istehza üçün deyilir). □ Nə buyurursunuz?
4. Getmək, gəlmək (hörmət və nəzakətlə deyilir). □ Bu axşam bizə buyurun. Nə vaxt buyuracaqsınız?
5. Arxaizm. Etmək mənasında (hörmət üçün deyilərdi). □ Əlahəzrət xoş gəlib, səfa gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurmuşlar. (M.S.Ordubadi).
6. Əmr şəklində – nəzakətlə dəvət, müraciət, təklif bildirir, yaxud bir şeyi təqdim etdirdikdə deyilir. □ Mənə qonaq gəlmişsiniz, buyurun içəri, gözüm üstə yeriniz var! (M.İbrahimov).
Həmçinin bax: