Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

budamaq [budamax] feil

1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin.
2. Məcazi mənada: döymək, vurmaq, əzişdirmək. Əgər səni bu məzhəbdə görərlər; Yerbəyer budayıb əzər, ağlarsan. (M.V.Vidadi).
3. Öldürmək, doğramaq, kəsmək. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı. (Aşıq Ələsgər).

Azərbaycan dilinin izahlı lüğəti