XIX əsrdə Fransada yaranmış və Bonapartlar ailəsinin hakimiyyətini bərpa etməyi qarşısına məqsəd qoymuş siyasi hərəkat, habelə bu hərəkatın üzvləri.
B. hərəkatı I Napoleonun ölümündən dərhal sonra 1821-ci ildə təşəkkül tapıb. 1832-ci ildə I Napoleonun yaxın qohumu Lui Bonapart hərəkatın rəhbərinə çevrilib və fransız taxt-tacına iddiasını irəli sürüb. Bir neçə uğursuz cəhddən sonra 1848-ci ildə B. arzularına çatıblar. Həmin il kral devrildikdən sonra Lui Bonapart Fransa prezidenti olub və 1852-ci ildə özünü imperator elan edib. 1870-ci ildə İkinci imperiyanın süqutuna kimi B. ölkədə hakim siyasi qüvvə olublar. XIX əsrin sonunda hərəkat tədricən zəifləyərək siyasi səhnədən çıxıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti