Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

birinci [birinci] say

1. "Bir"dən sıra sayı.Birinci sıra. Birinci nömrə. Birinci cild. Ayın birinci günü.
2. İlk dəfə olan, əvvəlinci.Birinci addım həmişə çətin olur. (Atalar sözü).
3. Bir neçə şeyi sadaladıqda, yaxud tutuşdurduqda, o birilərindən əvvəl adı çəkilən şeyi göstərmək üçün işlənir.Gecə işi gündüz işindən daha yorucudur, bundan əlavə birinci daha az məhsuldardır.
4. Başqalarından qabaq, hamıdan əvvəl. Birinci kim yazıb qurtardı? Birinci mən gəldim. Bu xəbəri kim birinci eşitdi?
5. İlk, təzə, yeni, təzə zahir olmuş. Birinci qar. Günəşin birinci şüalarını seyr etdim. Ağacın birinci çiçəklərini dərdim.
6. Ən mühüm, ən vacib, əsas mənasında. Bu məsələ birinci planda durur. Birinci vəzifəmiz budur. Orkestrdə birinci skripka.
7. Ən yaxşı, ən qabaqcıl, ən qabaqda gedən, üstün. Yarışda birinci yeri tutmaq. Sinifdə birinci tələbə. Kənddə birinci olmaqdansa, şəhərdə yüzüncü ol. (Atalar sözü).
8. Əla, ən yaxşı, ən gözəl, yüksək keyfiyyətli. Birinci mal. Birinci növ çay.
9. “Birincisi” şəklində – əvvəlinci şərt, ilk şərt. Birincisi budur ki, oğlum Rəsul üçün varlı yerdən qız alma. (“Aşıq Qərib”).

Azərbaycan dilinin izahlı lüğəti