Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

birbağır1

Füzuli, Zəngilan

1. Eyni vaxtda (Füzuli).  Bir qaralda, bir vaxtda olma: birbağır de:llər.

2. Eyni qaydada (Zəngilan).  Qurtdarı birbağır yemləmişəm de:in hamsı birdən barama səriyif.

birbağır2

Bərdə, Xanlar

1. Eynicinsli (Bərdə).  Bura yığılan mallar birbağır mallardı, olları ayırmax yaramaz.

2. Eynixasiyyətli (Xanlar).

3. Həmfikir (Xanlar). □ Bizim Əlişinən qomşu Bahadur çox birbağır oğlandılar.

Azərbaycan dilinin dialektoloji lüğəti