Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

biixtiyar [bi:xdiyar] zərf fars/ərəb

1. İxtiyarsız, qeyri-iradi, qeyri-ixtiyari (olaraq), özü istəmədən, özündən asılı olmayaraq. Biixtiyar ağlamağa başladı. Biixtiyar ayağa durmaq.

2. Hüquqsuz, ixtiyarsız, əlində ixtiyarı olmayan. İmama ixtiyarın vermə, hərgiz uyma, təkbirə; Özün, kim faili-muxtarsən, biixtiyar olma. (S.Ə.Şirvani)

Azərbaycan dilinin izahlı lüğəti