Rəsmi nikah olmadan doğulan uşaq.
1. Çox hiyləgər, fəndgir (bəzən söyüş kimi işlənir). □ Bic adam. Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş. (Atalar sözü).
2. Məcazi mənada: çoxbilmiş, hər şeydən başçıxaran, zirək, tədbirli, ağıllı. □ Borc alan bicdir, borc verən gicdir. (Atalar sözü).
Ağac və kolların kötüyündən, yaxud gövdəsinin alt hissəsindən çıxan xırda zoğ, haramı.
Azərbaycan dilinin izahlı lüğəti