Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

biblioqrafiya

yun. biblion – kitab + grapho – yazmaq

Kitabların adlarını və bir sıra vacib göstəricilərini əks etdirən siyahı; bu fəaliyyət sahəsini öyrənən kitabxanaçılıq şöbəsi.

B.-da kitabın adı, müəllifi, növü, nəşriyyatı, çap olunduğu il və yer, səhifələrin sayı, qiyməti və bu kimi məlumatlar öz əksini tapır. Hər hansı bir məsələyə aid ədəbiyyatın siyahısına, müəyyən bir tarixi zaman ərzində buraxılmış nəşrlərin siyahısına da B. deyilir. B. termini M.ö. II–I əsrlərdə Qədim Yunanıstanda meydana gəlib və əvvəllər “kitab yazılması” mənasını verib. İlk biblioqrafik əsər 392-ci ildə romalı İeronim Stridonski tərəfindən yazılıb. Müasir dövrdə B. alimə, yazıçıya, tədqiqatçı və oxucuya onu maraqlandıran sahəyə, mövzuya dair mövcud məxəzləri öyrənməkdə kömək edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti