Gəncə, Göyçay, Kürdəmir
Qamışdan hörülən həyət qapısı.
Ağdam
Yalan, gop. □ Bejə yerə boğazını yırtma, hamı bilir ki, sözləriyin hamısı basmadı.
Çənbərək, Hamamlı, Xanlar, Kürdəmir
Kərmə (mal peyinindən hazırlanan yanacaq). □ Basmanın üsdünü süpür, gələx' kəsəx', Ay Səlvi (Çənbərək); Ay uşax, basmanı su töküf əyaxlıyın tovuxlar eşməsin (Xanlar); Basmanı quruduf qutarannan sonra dorğoyuf qalax qayrerıx (Hamamlı).
Kürdəmir, Mingəçevir
Bir-birinin içinə keçməklə bağlanan düymə.
Kürdəmir, Şamaxı
Kömür yandırmaq üçün yığılmış odun qalağı.
Kürdəmir, Şəmkir
Çay və ya arxdan keçmək üçün şax – budaq və s. düzəldilən keçid körpü. □ Büyün sabaxdan əlləşdix', Şəmkirdən bir basma basa bilmədix' (Şəmkir); Basmadan o taya adda (Kürdəmir).
Kürdəmir
1. Suvat (çaydan su götürmək üçün düzəldilən yer). □ Basmanın üssündə durub su götürüllər.
2. Çaydan su götürülən yerdə əl tutmaq üçün basdırılan uzun ağac. □ Su gəlib suatdan basmanı aparıb.
Mingəçevir
Yolayırıcı.
Mingəçevir
Ov yeri, ovlaq.
Gəncə
Buxarı və ya peç bacasının qapağı. □ Bizim buxarının basması yoxdu.
Göyçay
Otun arabadan aşmaması üçün onun üstünə qoyulub bağlanan uzun ağac.
Qazax
Bir yaba ağzı qədər, bir dəstə <kol>. □ Bir basma tikan ver, çəpərin bu uçuğunu qayrax.
Azərbaycan dilinin dialektoloji lüğəti