lat. baro < qədim german mənşəli söz – ilkin mənası: kişi, adam
Qərbi Avropada kralın bilavasitə vassalı, iri mülkiyyətə sahib feodal.
B. sonralar fəxri zadəgan titullarından birinə çevrilib. VI–VII əsrlərdə cəmiyyətin yuxarı təbəqəsinə mənsub şəxslər də B. (qadınlar baronessa) adlandırılıb. İngiltərədə B. titulu indi də qalır və ali zadəganlara (perlərə) verilən ən aşağı dərəcəli titul hesab olunur.
Həmçinin bax:
Tarix terminləri lüğəti