Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

barı

Ağstafa, Gəncə, Göyçay, Qazax, Oğuz, Şuşa

1. Divar (Ağstafa, Oğuz). □ Əhməd, bizim barının başı uçuf, bir gəlif onu düzəlt (Ağstafa); Çox yerrər olur ki, divar diyir, biz barı diyrix' (Oğuz).

2. Hasar. □ Uşaxlar barıdan aşıf armudu yoluflar (Şuşa); Olların barısı alçaxdı, hopbanıf keşməy olar (Gəncə); Barı çəkirix' həyətin döyrəsinə (Göyçay).

Azərbaycan dilinin dialektoloji lüğəti