Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

banka1 [bank'a] isim polyak

1. Silindrşəkilli şüşə və ya saxsı qab. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. (Ə.Haqverdiyev).

2. Konservləşdirilmiş məmulat üçün dairəvi tənəkə qab (ət, balıq konservlərinin qabı).
3. Tibb. Xəstələrin kürəyinə qoyulan armudşəkilli şüşə qab. Belinə banka qoydurmaq.

banka2 [bank'a] isim holland

Qayıqda avarçəkənlər üçün qoyulmuş oturacaq.

banka3 [bank'a] isim alman

Coğrafiya. Dünya okeanının dibinin ətraf hissələrə nisbətən dayaz, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət edən sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti