1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. □ Şan balı. Bal tutan barmaq yalar. (Atalar sözü). Bal verən çiçəyi arı tanıyar. (Atalar sözü)
2. Məcazi mənada: çox şirin, çox dadlı, çox ləzzətli şey haqqında. □ Armud deyil, baldır. Bal kimi şirindir.
Arxaizm. Qanad (çox vaxt "balü pər", yaxud "pərü bal" şəklində işlənir – qol-qanad). □ Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. (S.Ə.Şirvani)
Böyük rəqs gecəsi. □ Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. (A.Puşkin)
Arxaizm. Ürək, qəlb, könül.
1. Arxaizm. Fikir, düşüncə.
2. Arxaizm. Yaddaş, hafizə.
3. Arxaizm. Xatirə.
Arxaizm. Böyük ağır çəkili su məməlisi; balina.
1. Coğrafiya. Çeşidli təbiət hadisələrinin (küləyin, zəlzələnin və s.) gücünün ölçü vahidi.
2. Təhsil müəssisələrində bilik, əxlaq, çalışma dərəcəsini bildirən qiymət və ya qəbul zamanı alınan qiymətlərin məcmusunu göstərən rəqəm.
Həmçinin bax: