Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bac fars

1. Bir yerdən başqa bir yerə aparılan mal və s.-dən alınan rüsum, vergi.

2. Qalibin məğlubdan aldığı təzminat, vergi.

3. Məcazi mənada: intiqam, qisas, əvəzçıxma.

Mahmud şaham, yetişmişəm mən cana,

Bac vermərəm sənin təkin düşmana,

Laf söyləmə, gəl girəlim meydana,

Var get burdan, mən Leylini vermərəm!

                                          (“Leyli və Məcnun”)

                          *

Dosta şirin ola, düşmənə acı,

Hər kəsi öpüb verməyə bacı,

Cəhd edib olmaya düşmən möhtacı,

Dost həmdəmiynən bərabər gərək.

                             (“Dilsuz və Xəzangül”)

Azərbaycan dastanlarının leksikası